Kreml Putinlə Şröderin ad günü fotolarını yayımladı

09.10.2026

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya prezidentinin mətbuat xidməti Vladimir Putin və Almaniyanın keçmiş kansleri Gerhard Şröderin oktyabrın 7-də keçirilən ad günü tədbirindən fotolarını yayımlayıb.

BAKU.WS xəbər verir ki, görüntülər "Max" platformasında paylaşılıb.

Fotolarda Putinlə Şröderin qeyri-rəsmi şəraitdə görüşərək əl sıxışdıqları görünür. Hər iki siyasətçi qalstuk taxmadan pencəkdə olub. Arxa planda soba və rus samovarı da diqqət çəkib.

Qeyd edək ki, Vladimir Putin oktyabrın 7-də doğum gününü qeyd edib. Kreml daha əvvəl prezidentin həmin gün də iş fəaliyyətini davam etdirəcəyini bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью