Kreml Qara dənizdə təhlükəsiz gəmiçiliyin Ukrayna üzrə razılaşmaların bir hissəsi olacağını gözləyir

30.05.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Kreml Qara dənizdə təhlükəsiz gəmiçilk mövzusunun bu və ya digər şəkildə Ukrayna ilə bağlı razılaşmaların bir hissəsi olacağını gözləyir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Qara dəniz təşəbbüsünün həyata keçirilməsində işlər necə gedir?” sualına cavabında deyib.

“Hazırda hamının diqqəti birbaşa Rusiya-Ukrayna danışıqlarına yönəlib. Şərtlərin siyahısı hazırlanır, müvəqqəti atəşkəs üçün şərtlərin siyahısı razılaşdırılacaq və beləliklə, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi bu və ya digər şəkildə gələcək mümkün anlaşmaların tərkib hissəsinə çevriləcək”, - Kremlin sözçüsü vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью