Kreml Qəzzada vəziyyətin gərginləşməsindən narahatdır

18.03.2025

Icma.az, Manset saytına istinadən bildirir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qəzza zolağında vəziyyətin pisləşməsi və mülki əhalinin itkiləri Kremlin narahatlığına səbəb olub.

Manset.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya hakimiyyəti hadisələri diqqətlə izləyir.

“Biz vəziyyəti çox diqqətlə izləyirik və təbii ki, onun dinc məcraya dönəcəyini gözləyirik”.

İsrail Fələstinin Həmas hərəkatı ilə iki aylıq barışıqdan sonra dünən, martın 17-də Qəzza zolağında hərbi əməliyyatları bərpa edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью