525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Kreml Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqlar formatının bərpa olunması imkanını istisna etmir”.
525.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Üçtərəfli formatın bərpasına gəlincə, dünən Kiyevdən verilən açıqlamanı eşitmisiniz. Cənab Kuşner də (ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner) bu barədə açıqlamalar verib. Biz də üçtərəfli formatın bərpa olunması imkanını istisna etmirik. Lakin bunun keçiriləcəyi yer və dəqiq tarixlərlə bağlı hələlik danışmaq tezdir”, – Peskov deyib.
Onun sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevdə apardığı danışıqlar sülhə doğru atılmış addımdır.
“Şübhəsiz ki, az-çox effektiv olan istənilən cəhd sülhə doğru atılmış kiçik bir addımdır. Biz, həqiqətən də, amerikalı danışıqlar aparan şəxslərin sülhə nail olmaq səylərini çox yüksək qiymətləndiririk”, – Peskov deyib.
O Peskov xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin “şəxsən özü də ABŞ prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirdiyini və Trampa sülhə yönəlmiş bu mövqeyə sadiqliyinə görə minnətdar olduğunu” bildirib.
Pərvanə Sultanova