Kreml: Rusiya, ABŞ və Çin liderləri görüşəcəklər

02.09.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rusiya, ABŞ və Çin liderləri Vladimir Putin, Donald Tramp və Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ATES) sammitində üçtərəfli görüş keçirə bilərlər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, bu mövzu Putin və Si Cinpin arasında ikitərəfli danışıqlar zamanı qaldırılıb.

Məlumatı “Anadolu” verib. 

“Mövzuya toxunuldu, bəli”, - deyə Uşakov “Vesti” xəbər agentliyinə Putin və Si Cinpin arasında ikitərəfli danışıqlar zamanı Rusiya, ABŞ və Çin liderlərinin üçtərəfli sammiti mövzusunun qaldırılıb-qaldırımadığı ilə bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, ATES sammitinə ev sahibliyi edən Si Trampın iştirak edəcəyini və Putinin də dəvət olunduğunu bildirib. Prezidentin köməkçisi bildirib ki, “əgər vəd edildiyi kimi nəticələnərsə, üçlüyün görüşünü təşkil etmək mümkün olacaq” və ya heç olmasa o, mütləq hamı ilə görüşəcək.

Yuri Uşakov “Rossiyskaya Gazeta”ya verdiyi açıqlamada onu da bildirib ki, Bişkekdə keçirilən ŞƏT sammiti çərçivəsində Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Qara dəniz ətrafındakı vəziyyəti müzakirə etmək üçün təkbətək görüş keçiriblər.

Diplomat bildirib: “Bildiyim qədəri əsas mövzu Qara dəniz ətrafındakı vəziyyət olub”.

Kremlin sözçüsü görüşün təkbətək formatda baş tutduğunu və təxminən bir saat yarım davam etdiyini dəqiqləşdirib.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью