Kreml: Rusiya dizeli qlobal bazarlara daxil olmağa başlayıb

15.10.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı sövdələşmə neft bazarlarındakı gərgin vəziyyətə müsbət təsir göstərə bilər.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml rəsmisi bununla belə, dizel sövdələşməsinin neft bazarlarındakı gərgin vəziyyəti tamamilə sabitləşdirə bilməyəcəyini söyləyib: "Rusiyanın dizel yanacağı qlobal bazarlara daxil olmağa başlayıb və bu, neft bazarlarının sabitləşməsinə müəyyən müsbət təsir göstərəcək. Baxmayaraq ki, onları tam sabitləşdirə bilməyəcək."

O, qlobal bazarların hazırda "çox gərgin vəziyyətdə" olduğunu vurğulayıb, qeyd edib ki, bu, həmçinin də Rusiyanın əhəmiyyətli miqdarda neft və neft məhsulları ixrac edə bilməməsi ilə bağlıdır.

Peskov ABŞ-dən başqa Rusiya dizel yanacağı tədarükündə maraqlı olan ölkələrin adını çəkməkdən imtina edib:
"Müəyyən səbəblərə görə, bunu açıq şəkildə müzakirə etməyə dəyməz".

Qeyd edək ki, ötən həftə Vladimir Putin və Donald Tramp Rusiya dizel yanacağının Amerika və qlobal bazarlara tədarükü barədə razılığa gəliblər. Bu gün Rusiya b aş nazirin müavini Aleksandr Novak Rusiya şirkətlərinin ixracata başlamağa hazır olduğunu, lakin lazımi prosedurların iki-üç həftə çəkəcəyini açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью