Kreml: Rusiya noyabrın 4 dən sonra...

25.10.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya noyabrın 4-dən sonra ABŞ və Ukrayna ilə üçtərəfli formatda danışıqları bərpa etməyə hazırdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin qarşıdakı görüşü ilkin xarakter daşıyacaq.

“Bu görüşdən gözləntilər yüksək olmamalıdır. Tərəflər Ukrayna ilə bağlı sülh razılaşmasına nail olmaq üçün hələ çox çalışmalıdırlar”, – Kreml rəsmisi vurğulayıb.

Uşakov qeyd edib ki, Ukrayna münaqişəsinin nizamlanması məsələsi Avropa ölkələri ilə də müzakirə olunmalıdır. Onun fikrincə, Avropanın mövqeyi bu prosesdə həlledici rol oynaya bilər.

“ABŞ indiyədək Kiyevi sülhə razı sala bilməyib. Hətta Ankoric görüşündən sonra belə təəssürat yaranmışdı ki, Amerika administrasiyası müəyyən şərtləri diktə edərək Kiyevi onlara əməl etməyə məcbur edə bilər. Lakin bu, indiyədək nəticə verməyib. Çünki təkcə Kiyevlə danışmaq kifayət deyil, onu tam dəstəkləyən bütün Avropa ilə də danışıqlar aparmaq lazımdır”, – Uşakov bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью