Kreml Rusiya Türkiyə arasındakı təmasları dəyərləndirdi

03.03.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Rusiya ilə Türkiyə arasında münasibətlər çoxşaxəlidir və inkişaf etməkdə davam edir.

"Unikal" xəbər verir ki,  bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

"Moskva ilə Ankara arasında intensiv dialoq gedir. Bizim bir o qədər yaxın və işgüzar əlaqələrimiz var", - Kreml rəsmisi qeyd edib. 

Xatırladaq ki, ötən həftə Federasiya Şurasının sədri Valentina Matviyenko Türkiyəyə səfəri zamanı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna, Suriya və Yaxın Şərqi müzakirə etdiyini bildirib. 

O, həmçinin qeyd edib ki, Ərdoğan Rusiya lideri Vladimir Putinə Türkiyədə onun çox gözlənildiyini çatdırmağı xahiş edib və onu böyük dostu adlandırıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью