Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb

12.09.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya və Ukraynanın danışıqlar qrupları arasında qarşılıqlı əlaqə dayandırılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Moskva və Kiyevin danışıqlar aparan tərəfləri arasında təmaslara dair sualı cavablandırarkən deyib.

"Rabitə kanalları mövcuddur, onlar yaradılıb. Danışıqçılarımızın bu kanallar vasitəsilə əlaqə saxlamaq imkanı var, lakin hələlik, ola bilsin ki, fasilədən danışmaq daha məqsədəuyğundur", - Kreml rəsmisi qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью