Kreml: Rusiya xüsusi xidmət orqanları 9 May ərəfəsində əlavə təhlükəsizlik tədbirləri görür

07.05.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Rusiya xüsusi xidmət orqanları 9 May ərəfəsində əlavə təhlükəsizlik tədbirləri görür.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Rusiya xüsusi xidmət orqanlarının olduqca mürəkkəb əməliyyat vəziyyəti nəzərə alınmaqla 9 May ərəfəsində əlavə təhlükəsizlik tədbirləri gördüyünü deyib.

Kremlin sözçüsü bütün tədbirlərin qanun çərçivəsində görüldüyünü və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulduğunu vurğulayıb.

Peskov bildirib ki, Moskvada "Ölməz Alay" yürüşü "elektron formatda" keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью