Kreml Rusiyanın şərtlərini gizli saxlayır VİDEO

29.05.2025

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin mətbyat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında belə deyib.
“Biz tərəflərin mübadilə apardıqları layihələrin məzmununu açıq şəkildə müzakirə etməyəcəyik. Çünki bütün danışıqlar açıq şəkildə deyil, bağlı qapılar arxasında aparılmalıdır”, - Kreml sözçüsü məsələ ilə bağlı sualı cavablandırarkən deyib.
Eyni zamanda, o, Ukraynanın “memorandumu dərhal ötürmək” tələbinin konstruktiv olmadığını vurğualyaraq, Rusiyanın danışıqları iyunun 2-də İstanbulda davam etdirmək təklifini verdiyini diqqətə çatdırıb.
- Rusiya faktiki olaraq gələn bazar ertəsi İstanbulda görüşməyi və bu layihələri müzakirə etməyə başlamağı təklif edib. Ona görə də dərhal tələb etmək konstruktiv deyil. Burada ya danışıqları davam etdirməyə hazır olduğunuzu təsdiqləyə bilərsiniz, ya da bunun əksini edə bilərsiniz”, - Dmitri Peskov vurğulayıb.
Kreml sözçüsünün dediyinə görə, Rusiya iyunun 2-də İstanbulda danışıqların yeni raundunun keçirilməsi üçün hələ Ukraynadan razılıq cavabı almayıb.

Qeyd edək ki, mayın 27-də Kiyev Moskva Rusiya ilə razılaşma memorandumu müstəvisində Ukrayna üçün mövcud olan qırmızı xətləri göstərib. Zelenskinin ofis rəhbərinin müavini İqor Brusilo bildirib ki, Moskva sənədə müvafiq tələbi daxil edərsə, Kiyev Krımın, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkib hissəsi kimi statusunu tanımayacaq.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью