“Kreml sahibi buna razı olmadığından İstanbuldakı görüşdən nəticə çıxmadı...”

17.05.2025

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Atəşkəs alınmadı. Rusiya Prezidenti Vladimir Putin nümayəndə heyətini İstanbula atəşkəs əldə etmək üçün göndərməyibmiş”.

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Ukraynanın əsas tələbi 30 günlük atəşkədir:

“Belədirsə, Putinin bir neçə gün əvvəl “15 mayda Ukrayna ilə İstanbulda təmaslara başlamağa hazırıq” təklifi nəyə xidmət edirdi? Putin əvvəlcədən bilirdi ki, Ukraynanın əsas tələbi 30 günlük atəşkəsdir. Kreml sahibi buna razı olmadığından İstanbuldakı görüşdən nəticə çıxmadı. Döyüşlər və hər iki tərəfdən itkilər davam edəcək”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью