Kreml: Suriyada baş verənlərə mat qalmışıq

09.12.2024

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Suriyada baş verən hadisələrin dünyanı heyrətləndirdiyini bildirib.
Jurnalistlər Peskovdan Bəşər Əsədin hərbçilər tərəfindən dəstəyinin bu qədər tez bir zamanda zəifləməsinin Moskvanı təəccübləndirib-təəccübləndirmədiyini soruşublar.
Peskov sualın cavabında deyib: "Ümumiyyətlə, baş verənlər yəqin bütün dünyanı heyrətləndirib. Biz də istisna deyilik". 
Hürr Tərcüman

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью