Kreml təbliğatının növbəti anti Azərbaycan isterikası başladı | Icma.az
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Prezidentinin Şuşada Ukraynaya ərazilərinin işğalı ilə barışmamağa dair çağırışından sonra zatən Azərbaycana qarşı düşmənçilik təbliğatı aparan Kremlin təbliğat maşını daha da azğınlaşıb.
Kremlə yaxın teleqram kanallarından tutmuş “hərbi müxbirlər”ə, “Z bloqerlər”ə və televiziya kanallarına qədər bütün resurslar rəsmi Bakını və azərbaycanlıları hədəf alaraq, hədə-qorxular, təhdidlər, təhqirlər yağdırır və ölkəmizin ünvanına ağlasığmaz iftiralara əl atırlar.
Yenisabah.az azpolitika-ya istinadla xəbər verir ki, bu dəfə Kreml təbliğatı bir qədər də irəli gedərək, Rusiyadakı Azərbaycan diasporunun guya Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini bildirib.
Kremlə yaxın rus millətçi oliqarx Konstantin Malofoyevə aid “Tsarqrad” telekanalı “Rusiya kəşfiyyat orqanlarına istinadla” xəbər verib ki, Ukraynanın bir müddət əvvəl Rusiyanın strateji aviasiyasına qarşı həyata keçirdiyi uğurlu “Pautina” əməliyyatında guya Rusiyadakı Azərbaycan diasporu da iştirak edib.
Telekanalın bununla bağlı iftira dolu reportajında deyilir: “Azərbaycan Ukraynanın xüsusi xidmət orqanları ilə fəal əməkdaşlığa başlayıb...
Kəşfiyyatımıza məlum olub ki, Azərbaycan xüsusi xidmət orqanları Rusiyadakı diasporlarından istifadə edərək “Pautina” təxribat-terror əməliyyatının həyata keçirilməsində Ukrayna xüsusi xidmət orqanlarına yardım edib.
Dördpendirli pizza Bəli, bəli, məhz bu yaxınlarda Rusiya ərazisində həyata keçirilən və Rusiya Aerokosmik Qüvvələrinin strateji aviasiyasını məhv etmək məqsədi daşıyan əməliyyat.
Tam oxu
Xəbəri oxu