Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kreml Kiyev, Moskva və Vaşinqton arasında Ukraynadakı müharibəyə həll yolu tapmaq üçün çərşənbə və cümə axşamı günləri Əbu-Dabidə Kiyev, Moskva və Vaşinqton arasında birbaşa danışıqların yeni mərhələsinin keçiriləcəyini təsdiqləyib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən verdiyi xəbərə görə, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, əvvəlcə bazar gününə planlaşdırılan ikinci mərhələ çərşənbə və cümə axşamı Əbu-Dabidə keçiriləcək. O, təxirə salınmanı üç tərəfin iş gündəliyini ilə izah edib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində keçirilən bu danışıqların birinci mərhələsi 23 və 24 yanvar tarixlərində baş tutdu və diplomatik irəliləyişlə nəticələnmədi. İkinci mərhələnin 1 fevralda baş tutması planlaşdırılırdı. Vladimir Zelenski bazar günü növbəti üçtərəfli görüşlərin 4 və 5 fevral tarixlərində Əbu-Dabidə keçiriləcəyini bildirdi.
Aydın Baxış