Kreml təşvişdə: NATO nun 5 ci maddəsi işə düşə bilər

25.09.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“NATO PUA insidentlərinə görə Rusiyaya qarşı hərbi addım ata bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Ukrayna NATO-nun bir hissəsi olmadığı üçün hərbi blok 2022-ci ilin fevralında 5-ci maddəni işə sala bilmədi. Lakin ekspertlər uzun müddətdir ki, Alyansın şərq cinahında yerləşən qonşu ölkələrlə bağlı xəbərdarlıq edirlər. Bu da NATO-nu hərbi əməliyyatlara məcbur edə bilər”, – deyə nəşr yazıb.

Bundan əvvəl Estoniya Rusiya qırıcılarının müdaxiləsinə görə Alyans Nizamnaməsinin 4-cü maddəsinə əsasən müttəfiqlərinə müraciət etmişdi.

Qeyd edək ki, Şimali Atlantika Alyansının 5-ci maddəsinə əsasən, istənilən NATO ölkəsinə hücum Alyansın bütün üzvlərinə hücumdur.

Əliyar Xəlil
Globalinfo.az  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью