Kreml Trampın ABŞ nin NATO dakı rolu ilə bağlı planlarından xəbərsizdir

07.03.2025

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kreml ABŞ-nin Prezidenti  Donald Trampın ölkənin NATO-da iştirak formatını necə dəyişəcəyini bilmir. Bu barədə 

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.

“Onun hansı yolla gedəcəyini bilmirik”, – deyə Peskov bildirib.

Bundan əvvəl Tramp, ABŞ-yə hücum edildiyi halda NATO-nun ölkəyə kömək edib-etməyəcəyinə şübhə etdiyini söyləmişdi. Qeyd olunur ki, NATO Nizamnaməsinin 5-ci maddəsi yalnız bir dəfə – 2001-ci il 11 sentyabr terror hücumlarından sonra tətbiq olunub.

Rusiya Prezidenti Vladimir Putin isə Ukraynanın NATO-ya qoşulması ehtimalını xüsusi hərbi əməliyyatın səbəblərindən biri kimi göstərmişdi. Onun sözlərinə görə, Kiyevin alyansa qoşulması ölkənin təhlükəsizliyini artırmayacaq.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью