Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
“Ukraynada münaqişənin həlli məsələsi çətin mövzudur”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O, jurnalistlərin “ABŞ Prezidenti Donald Tramp bu həftə atəşkəslə bağlı tərəflərdən reaksiya gözləyir, nə düşünürsünüz”, sualına cavab verib.
“Təmaslar kifayət qədər mürəkkəbdir, çünki Ukrayna nizamlanması mövzusu sadə deyil. Rusiya münaqişəni həll etməyə, öz maraqlarını təmin etməyə çalışır və dialoqa açıqdır”, – Peskov vurğulayıb.
Günay Rəsulqızı
Globalinfo.az