Kreml Trampın Kiyevə çağırışını yüksək qiymətləndirir

14.09.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna dövlət başçısı Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın Rusiya infrastrukturuna hücum etməmək xahişini qəbul etməsi halında Rusiyanın Ukrayna enerji infrastrukturuna hücumları dayandırıb-dayandırmayacağına dair suala cavab verməkdən imtina edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Peskovun sözlərinə görə, Ukrayna tərəfinin dinc iqtisadi infrastruktura hücumlarını dayandırmaq üçün hər hansı bir çağırışı yalnız alqışlamaq olar.
Lakin Kremlin sözçüsü jurnalistlərin Kiyev Trampın xahişini qəbul edərsə, Rusiyanın Ukraynanın infrastrukturuna hücum etməkdən çəkinməyə hazır olub-olmayacağına dair sualına cavab verməkdən imtina edib.
Qeyd edək ki, sentyabrın 13-də Donald Tramp Volodomir Zelenskini Rusiyada dizel yanacağı istehsalına hücumu dayandırmağa çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью