Kreml Trampın Ukraynada müharibəyə son qoymaq sözlərini təmkinlə qarşılayıb | Icma.az
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq. Kremlin sözçüsü Dmitri Peskov, Donald Trampın ABŞ prezident seçkilərində qalib gəldiyini ela
Bizimyol.info xəbər verir ki, bu barədə Peskov ABŞ-da keçirilən prezident seçkiləri ilə bağlı jurnalistlərə açıqlama verərkən bildirib.
Seçkilərin ABŞ-ın daxili işi olduğunu deyən Peskov ABŞ-dakı informasiya axınını diqqətlə izlədiklərini və oradan gələn sözləri təhlil etdiklərini bildirib.
Peskov Trampın Ukraynadakı müharibəni bitirəcəyi ilə bağlı açıqlamaları ilə bağlı ilk addımlardan nəticə çıxaracaqlarını bildirib.
Peskov qeyd edib ki, fərziyyələrə əsaslanaraq mülahizə yürütmək düzgün deyil: “İndi qələbədən sonra Oval Ofisə girməyə hazırlaşarkən və ya Oval Ofisə girərkən bəzən bəyanatlar fərqli çalar alır.
Ona görə də deyirik ki, biz hər şeyi diqqətlə təhlil edirik, hər şeyi müşahidə edirik, konkret sözlərə, addımlara söykənərək nəticə çıxarırıq”, - deyib.
Peskov Rusiya prezidenti Vladimir Putinin Trampı seçki münasibəti ilə təbrik etmək planları barədə məlumatı olmadığını bildirib: “Unutmayaq ki, söhbət həm birbaşa, həm də dolayı yolla dövlətimizə qarşı savaşa girmiş, dost olmayan bir ölkədən gedir”,- deyə Peskov qeyd edib.
Rusiya lideri Putinin seçkilərdə qələbəsindən sonra Trampla telefon danışığına hazır olub-olmaması ilə bağlı suala Peskov belə cavab verib: “Bunu bizdən soruşmaq lazım deyil.
Tam oxu
Xəbəri oxu