Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Peskov: “Trampın bəyanatları çox ciddidir, Moskvaya təhlil etmək üçün vaxt lazımdır”
“ABŞ prezidenti Donald Trampın Rusiyaya açıqlamaları çox ciddidir, Kremlin təhlili üçün vaxt lazımdır”.
AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ağ Ev rəhbərinin ultimatumunu şərh edərkən deyib.
Qeyd edək ki, Tramp Rusiyaya Ukraynadakı müharibəni bitirmək üçün 50 gün vaxt verib. Əks halda, Amerika lideri Rusiyaya qarşı tariflər tətbiq ediləcəyini bildirib.