Kreml Trampla Putinin təmasları barədə anons verib

13.02.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığının nəticələri barədə açıqlama verib.

Oxu.Az bu barədə TASS agentliyinə istinadən məlumat yayıb.

"Dövlət başçılarının dünən telefon danışığı zamanı onların özlərinin təmaslarını davam etdirəcəkləri, həmçinin müvafiq işə başlamaları üçün dərhal köməkçilərinə tapşırıqlar verəcəkləri barədə razılığa gəlinib", - deyə D.Peskov vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью