Kreml Ukrayna ilə bağlı danışıqların ikinci mərhələsinin 4 5 fevral tarixlərində keçiriləcəyini təsdiqləyib

02.02.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Moskva, 2 fevral, AZƏRTAC

Təhlükəsizlik qrupunun işinin bir hissəsi olaraq, Ukrayna ilə bağlı danışıqların ikinci mərhələsi 4-5 fevral tarixlərində Əbu-Dabidə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün əvvəlcə fevralın 1-nə planlaşdırıldığını, lakin əlavə cədvəl düzəlişlərinin tələb olunduğunu təsdiqləyib. O, Rusiyanın Ukrayna nizamlanması ilə bağlı danışıqlara açıq qaldığını qeyd edərək, prosesi mürəkkəb və çoxşaxəli adlandırıb.

Kreml sözçüsünün sözlərinə görə, Moskva hazırkı mövqeyində qalır: əgər Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putin ilə danışıqlar aparmaq istəyini bildirərsə, bu cür əlaqələr yalnız Moskvada mümkündür.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью