Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna üzrə ekspertlər səviyyəsində danışıqların yeni mərhələsi üçün hələlik konkret tarix yoxdur.
Məlumatı “Kommersant” verib.
Peskov jurnalistlərə bildirib: “Amma biz yenə də bunun tezliklə baş verəcəyini gözləyirik”.
ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar 23-24 yanvar və 4-5 fevral tarixlərində Əbu-Dabidə keçirilib. İkinci raunddan sonra tərəflər Rusiya və Ukrayna arasında 314 hərbi əsirin mübadiləsi barədə razılığa gəliblər.
P.ƏMİRCANOV
XQ