Kreml Ukrayna münaqişəsində tunelin sonunda işıq görür

05.09.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Ukrayna münaqişəsinin həlli ilə bağlı irəliləyiş var, lakin onun başa çatması vaxtı barədə danışmaq hələ tezdir".

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şərq İqtisadi Forumunda müsahibəsində deyib.

"Putin dedi ki, tunelin sonunda işıq var", - deyə Peskov qeyd edib.

Lakin Kreml konkret tarixləri "təxmin etməyə" hazır deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью