Kreml Ukrayna Prezidentinin Moskvaya səfər edəcəyi halda təhlükəsizliyinin təmin olunmasına hazır olduğunu bildirib

28.01.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Moskva, 28 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukrayna Prezidenti Volodimir Zelenski ilə təmasların mümkünlüyünü nəzərdən keçirməyi təklif edib, Moskva isə bu cür görüşlərdən heç vaxt imtina etməyib.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “Moskva. Kreml. Putin” proqramında söyləyib.

O qeyd edib ki, bu cür potensial görüşlər diqqətlə hazırlanmalı və praktik nəticəyə yönəlməlidir. Xatırladıb ki, Rusiya Prezidenti əvvəllər dəfələrlə dialoqa hazır olduğunu bəyan edib. “Əgər Zelenski doğrudan da görüşə hazırdırsa, Rusiya tərəfi onu Moskvaya dəvət edir. Bununla yanaşı, onun təhlükəsizliyini və işləmək üçün zəruri şəraiti təmin edəcəyik”, – deyə Rusiya Prezidentinin köməkçisi vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью