Kreml Ukrayna üzrə üçtərəfli danışıqların bərpası vaxtını açıqlayıb

13.09.2026

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqların oktyabr ayında bərpa olunmasını istisna etmir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
«Biz belə bir ehtimalı istisna etmirik. Söhbət məhz yaxın perspektivdən gedir. Yəni, əlbəttə, ehtimal olunan tarix oktyabrdır. Oktyabrı istisna etmək olmaz», – Peskov deyib.
Daha əvvəl Peskov Moskva, Vaşinqton və Kiyev arasında üçtərəfli danışıqların bərpa olunacağına ümid etdiklərini bildirmişdi.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə Vladimir Putinin danışıqların bərpa olunacağı təqdirdə Rusiya nümayəndə heyətinə kimin rəhbərlik edəcəyini müəyyənləşdirəcəyini açıqlamışdı.
Məhəmmədəli Həsənli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью