Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Jurnalistlər brifinqdə Kreml rəsmisindən “Mediazona”nın (Rusiya Federasiyasında xarici agent kimi tanınır-red.) yaydığı məlumata dair suallar ünvanlayıblar.
Ukrayna Rusiyanın ən yaxşı XTQ komandirlərindən birini məhv edib “Mən belə bir nəşrin varlığından xəbərsizəm.
Onun nə dərc etdiyini də bilmirəm və bu informasiyanın doğru olub-olmadığını da deyə bilmərəm", - Peskov qeyd edib.
Siyasətçinin sözlərinə görə, cəbhə xəttində itkilər barədə istənilən məlumat ancaq Rusiya Müdafiə Nazirliyi vasitəsilə verilə bilər.
Qeyd edək ki, “Mediazona” son üç ildə Ukrayna müharibəsində öldürülən rusların siyahısını dərc edib.
Bundan əvvəl “Reuters” altı milyondan çox ukraynalının ölkəni tərk edərək xaricdə qaçqın həyatı yaşadığını, minlərlə insanın isə döyüşlərdə həlak olduğunu bildirmişdi.
Nəşr yazıb ki, Qərb rəsmiləri və ictimai xadimlərinin qiymətləndirmələri, kəşfiyyat hesabatları fərqlidir.