Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Rusiya Ukrayna ilə 60 günlük tam atəşkəs müqabilində prezident seçkilərinin keçirilməsi təklifini dəstəkləməyib. Kreml bəyan edib ki, Moskva müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülhün əldə olunmasında maraqlıdır.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasını şərh edərkən bildirib.
Peskov vurğulayıb ki, Rusiya tərəfi müvəqqəti atəşkəsə deyil, davamlı sülhə nail olmağa çalışır.
“Biz atəşkəs deyil, uzunmüddətli sülh istəyirik və bunun üçün mümkün olan hər şeyi etməyə hazırıq”, – deyə Kremlin sözçüsü bildirib.
O xatırladıb ki, bu mövqe həm Kreml, həm də Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəfələrlə ifadə olunub.
NURİYYƏ