Olke.az saytına istinadən Icma.az xəbər verir. ABŞ prezidenti Donald Trampın kürəkəni Jared Kuşner Vaşinqtonun Ukrayna münaqişəsinin həlli ü
Ölkə.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib.
“Şəxsən mən inanıram ki, nizamlanmaya aparan hər hansı plan kağız üzərində tərtib olunmaqda davam edərsə, kağız üzərində qələm sahibi olan cənab Kuşner olacaq”, - Uşakov “Rossiya 1” telekanalına müsahibəsində deyib.
Uşakov xatırladıb ki, Kuşner Trampın əvvəlki prezidentlik dövründə artıq beynəlxalq müqavilələr üzərində iş təcrübəsi olub və onunla sıx şəxsi əlaqələr saxlayır.
Onun sözlərinə görə, Kuşnerin iştirakı “çox əlverişli” olub, çünki ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun “cazibədarlığı və mehribanlığı” “sistemlilik elementi” ilə tamamlanıb.
O qeyd edib ki, Trampın xüsusi nümayəndəsi, amerikalı biznesmen Stiv Uitkov Rusiya tərəfi ilə əsas vasitəçi rolunu oynayan şəxslərdəndir və o Putinlə altı görüş keçirib: “Onlar bir-birini “bir baxışda” başa düşürlər”.
Uşakov əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin Uitkoff və Kuşneri qəbul etdiyi görüş dekabrın 2-də Kremldə baş tutub və təxminən beş saat davam edib.
Mürtəza Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.