Kreml Venesuela hakimiyyəti ilə əlaqələrini davam etdirdiyini təsdiqləyib

26.01.2026

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Rusiya Venesuela ilə diplomatik kanallar vasitəsilə əlaqələr saxlayır.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya Venesuela hakimiyyəti ilə diplomatik kanallar vasitəsilə daim əlaqə saxlayır. Rusiya ilə münasibətlərin inkişaf etdirilməsi ölkə üçün prioritetdir”, – deyə o qeyd edib.

Daha əvvəl Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez xalqa müraciətində Venesuelanın Çin , Rusiya, Kuba və İranla, eləcə də dünyanın digər ölkələri ilə münasibətlər qurmaq hüququna malik olduğunu bildirmişdi.

Maqsud

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью