Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Wildberries" şirkətinin PUA hücumlarından zərər çəkən satıcılara kömək etmək qərarını yüksək qiymətləndirib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Peskov şirkətin hüquqi öhdəliyi olmasa da, dəstək göstərməsinin təqdirəlayiq olduğunu bildirib. Dövlət yardımına gəlincə, məsələnin hökumətin nəzarətində olduğu qeyd edilib.
Qeyd edək ki, iyulun 18-dən 24-dək şirkətin müxtəlif regionlardakı obyektləri PUA hücumlarına məruz qalıb. Şirkət həlak olanların ailələrinə 2 milyon rubl (təxminən 38 min manat), ağır yaralananlara isə 1 milyon rubl ödəyəcək.
Zeynəb Rzayeva