Kreml xarici jurnalistləri parada buraxmadı

08.05.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Kreml mayın 9-da Moskvada Qələbə Günü paradında işləmək üçün əvvəllər verilmiş xarici media müxbirlərinin akkreditasiyasını ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə "Şpigel" məlumat yayıb.

Məlumata görə, akkreditasiyasının ləğvi barədə redaksiyaya telefonla məlumat verilib:

"Almaniyanın ARD və ZDF telekanallarının jurnalistlərinin, "Skay"ın müxbirinin, Fransanın AFP agentliyinin, İtaliyanın "Rai" teleşirkətinin və Yaponiyanın NHK telekanalının əməkdaşlarının da akkreditasiyaları ləğv edilib".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью