Kreml: Zelenski Putinlə birbaşa danışmaq istəyib

27.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya lideri ilə birbaşa danışıqlar aparmaq istəyini ona çatdırıblar.

Bakıvaxtı.az vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

"Həm Norveçin baş naziri, həm də Finlandiya prezidenti Zelenskinin bizim rəhbərimizlə birbaşa danışmaq istəyinə böyük maraq göstərdiyini prezidentimizə çatdırdılar", - deyə Uşakov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin Stubb və Störeyə Zelenski ilə görüşün mümkünlüyü üçün nəzərdə tutulan şərtləri xatırladıb.

"Rəhbərimiz bir daha təkrarladı ki, əgər Zelenski birbaşa danışıqlar aparmaq istəyirsə, Moskvaya gəlsin. Orada onun üçün bütün şərait, o cümlədən təhlükəsizliyi üçün lazımi təminatlar yaradılacaq", - deyə Uşakov qeyd edib.

Rusiya prezidentinin köməkçisi bildirib ki, Moskva Ukrayna və Rusiya liderləri arasında təmasların yalnız uzunmüddətli nizamlanma çərçivəsində və danışıqlar prosesi müvafiq sənədin hazırlanması ilə başa çatdıqdan sonra məna kəsb etdiyini vurğulayıb.

"Ukraynada uzunmüddətli nizamlanma çərçivəsində müəyyən sənədlər hazırlanacaq. Bundan sonra iki ölkənin liderləri görüşə bilərlər. Danışıqları aparan nümayəndələr həmin sənədləri liderlərə təqdim etməyə hazır olacaqlar, liderlər isə öz növbələrində onları imzalamağa hazır olacaqlar", - deyə Uşakov izah edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью