Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq. Kreml daxilində gözlənilən dəyişikliklər barədə sızan bəzi məxfi məlumatlar Rusiyanın or
Bu dövlətlər artıq sadəcə, “Rusiya ilə necə davranmalı” sualına cavab axtarmırlar, onlar həm də indi Rusiyasız gələcəyi dizayn etməyə də çal
Rusiyanın ətrafında çənbər böyük sürətlə daralmağa başlayıb.
Belə ki, son vaxtlar postsovet məkanında baş verən hadisələr ilk baxışdan, təsadüfi diplomatik gedişlər kimi görünür.
Ancaq daha diqqətli yanaşdıqda, bütün bu hadisələrin məhz genişmiqyaslı və ciddi bir prosesin tərkib hissəsi olduğu qənaətinə gəlmək üçün də əsaslar yaranır.
Onu da qeyd etmək lazımdır ki, Rusiya ətrafında Kremlə loyallıq orbitinin daralmaqda olduğu inkaredilməz reallıqdır.
Belə ki, Kremlə münasibətdə çox ehtiyatlı mövqe tutan Türkmənistan liderinin Azərbaycan-Rusiya qarşıdurmasının böhranlı həddə çatdığı bir dövrdə Bakıya qəfil səfəri qətiyyən təsadüf ola bilməz.
Bu sıraya Ermənistanın KTMT ilə vidalaşmağa hazırlaşdığını anons etməsini, Belarus prezidenti Aleksandr Lukaşenkonun müxalifət liderini azadlığa buraxmasını və hətta Kremlə ifrat loyallığı ilə diqqəti çəkən Slovakiyanın Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaların qoşulmasını da əlavə etmək mümkündür.