Kremldə Rusiya Prezidenti ilə ÇXR Sədri arasında görüş keçirilir

08.05.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 may, AZƏRTAC

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Kremlə gəlib.

AZƏRTAC xəbər verir ki, Kremlin rəsmi sosial media hesabında Rusiya və Çin liderləri arasında rəsmi görüşün artıq başladığı barədə məlumat yayılıb.

Xatırladaq ki, Si Cinpin mayın 7-də axşam saatlarında Qələbə bayramını qeyd etmək üçün Moskvaya səfər edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Moskva ÇXR Sədrinin Rusiyaya səfərinə böyük əhəmiyyət verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью