Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başlayıb.
Globalinfo.az xəbər verir ki, görüşdə Rusiya tərəfdən Prezidentin köməkçisi Yuri Uşakov, Prezidentin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev iştirak edir.
ABŞ tərəfdən isə görüşdə sahibkar, investor, “Affinity Partners” şirkətinin qurucusu Cared Kuşner, həmçinin ABŞ Ümumi Xidmətlər Administrasiyasının Federal Satınalmalar Xidmətinin komissarı Coş Qrünbaum yer alır.
Aysel Əliyeva
Globalinfo.az