GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Rusiya ərazisinin dərinliklərində zərbələrin endirilməsinə icazə vermək gərginliyin yeni mərhələsi deməkdir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Ukraynanın uzaqmənzilli raketlərlə Rusiya ərazisinə hücumuna icazə verməsi ilə bağlı məlumatlara münasibətdə deyib.
Peskov məsələ ilə bağlı Qərb mətbuatında hər hansı rəsmi məlumata rast gəlmədiyini bildirib:
“Əgər həqiqətən belə bir qərar verilib və Kiyevin diqətinə çatdırılıbsa, bu, mövcud gərginliyin yeni raundu deməkdir. ABŞ-ın münaqişədə iştirakı baxımından yeni vəziyyətdir. Lakin məsələ ilə bağlı bizdə hər hansı rəsmi məlumat yoxdur. Rusiyanın mövzu ilə bağlı mövqeyi isə son dərəcə aydın şəkildə izah olunub”.
Əliyar Xəlil
Globalinfo.az