Kremldən Ağ Ev və Tehrana XƏBƏRDARLIQ

11.04.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyi ABŞ və İranın bu gün Pakistanın İslamabad şəhərində İran-ABŞ-İsrail münaqişəsinə son qoymaq üçün keçirəcəyi sülh danışıqları və Yaxın Şərqdəki vəziyyətlə bağlı  bəyanat yayıb. 

Ölkə.az  xəbər verir ki, Moskva İslamabadda  Vaşinqton və Tehran arasında danışıqların uğurlu nəticəyə ümid etdiyini vurğulayıb.

"Bu gün Fars körfəzindəki mürəkkəb vəziyyətin həlli ehtimalı var. Lakin sülhə doğru irəliləyişi əngəlləyən, bu yolda qəsdən və ya bilməyərək maneələr yaradan qüvvələr var. Ən vacib məqsədlərdən biri bölgədəki dağıdıcı münaqişənin yaradan, yəni ABŞ və İsrail tərəfindən başladılan müharibənin tamamilə dayandırılmasını aradan qaldırmaqdır", -bəyanatda qeyd olunub.

 Yayılan sənəddə eyni zamanda Livana hücumların dayandırılmasının vacibliyi və ölkələr arasında fikir ayrılıqlarının siyasi və diplomatik yollarla həll edilməsinin tərəfdarı olduğu vurğulanıb.

Bəyanatda  həmçinin  qeyd olunub ki, Pakistanda planlaşdırılan danışıqlarda iştirak edən bütün tərəfləri məsuliyyətlə davranmağa və bu fürsəti sarsıda biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırırıq.

 Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью