Kremldən Ağ evdəki gərginliyə reaksiya

03.03.2025

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Vladimir Zelenski arasında Ağ evdə baş verən gərginlikdən danışıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Ağ Evdə baş verənlər Ukrayna məsələsində həllə nail olmağın nə qədər çətin olacağını ortaya qoyub. Zelenskinin Rusiyaya qarşı ərazi məsələsində güzəştə getmək istəmədiyi ilə bağlı açıqlamasına diqqət çəkən Peskovun sözlərinə görə, Zelenski sülh istəmir.

Peskov, “Bu, qeyri-adi hadisədir. Bu, Zelenskinin bir çox cəhətdən diplomatik bacarıqlardan tamamilə məhrum olduğunu göstərdi. Kiyev administrasiyası və Zelenski sülh istəmir, müharibənin davam etməsini istəyirlər. Belə olan halda, Vaşinqtonun səyləri və Moskvanın təkbaşına hazırlığı Kiev administrasiyası vasitəsilə vəziyyəti həll etmək üçün kifayət etməyəcək” - deyə bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью