Kremldən Ankaraya “yaşıl işıq”: S 400 BƏƏ yə verilə bilər

19.08.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu Rusiyanın “Kommersant” qəzeti yazıb.

“Ankara çıxılmaz vəziyyətə düşüb” adlı məqalədə qeyd olunub ki, Türkiyə Rusiyanın razılığı olmadan “S-400” sistemlərini və ya onların komponentlərini üçüncü bir ölkəyə sata və ya ötürə bilməz.

Bildirilib ki, əgər Türkiyə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə razılığa gələrsə, Rusiyanın belə bir satışın qarşısını ala bilməsi ehtimalı azdır. Çünki BƏƏ NATO-nun üzvü deyil və Moskva ilə Əbu-Dabi arasında xüsusi gərginlik yoxdur. Bu kontekstdə sistemlərin yenidən satışına icazə verilməsi Rusiya üçün riskli görünmür.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun məsələ ilə bağlı açıqlamasına istinad edən nəşr yazıb ki, Moskva və Ankara “S-400”-lərin taleyi ilə bağlı əlaqə saxladıyıb və bunu “çox həssas” məsələ adlandırıblar. 

Mürtəza
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью