Kremldən Bakı ilə İrəvan arasındakı görüşə münasibət

10.07.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

"Rusiya Bakı ilə İrəvan arasında birbaşa dialoqu alqışlayır". 

"Unikal" xəbər verir ki,  bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə deyib. 

Peskovun sözlərinə görə, Rusiya hakimiyyəti dəfələrlə iki ölkə arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını alqışlayacaqlarını bildirib.

"Bakı ilə İrəvan arasında birbaşa təmaslar və sülh müqaviləsi imzalanması regionda sabitlik və təhlükəsizlik baxımından müstəsna əhəmiyyət daşıyır. Moskva bu prosesi tam dəstəkləyir”, – deyə Peskov əlavə edib. 

Gülayə Mecid 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью