GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kremlin mətbuat katibi Dmitri Peskov Suriya Prezidenti Bəşər Əsədin Rusiyada səfərdə olması ilə bağlı suala cavab verməkdən yayınıb.
Globalinfo.az xəbər verir ki, mətbuat konfransında jurnalistlərdən biri Əsədin Moskvaya gəldiyinə dair məlumatın yayıldığını deyib.
Jurnalist Peskovdan bu məsələyə münasibət bildirməsini istəyib. Lakin Kreml sözçüsü, “Bu məsələ ilə bağlı deyəcək sözüm yoxdur”, – cavabını verib.
Kreml rəsmisinin açıqlaması Rusiya KİV-də birmənmalı qarşılanmayıb.
Əliyar Xəlil
Globalinfo.az