Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Peskov: “Avropa İttifaqı Serbiyaya ultimatumu ilə demokratik standartları pozur” “Avropa İttifaqının özü Serbiyaya Baş nazirin müavini Aleksandr Vulini yeni hökumətə daxil etməmək ultimatumu ilə demokratik standartları pozur”.
AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Avropalılar bunu etməməlidirlər. Onlar özləri dedikləri standartlardan kənara çıxırlar və həmişə bunu demokratiya adlandırırlar", - Kreml r
Bundan əvvəl məlum olub ki, Avropa İttifaqı (Aİ) Serbiyadan ölkənin Baş nazirinin müavini Vulini yeni hökumətdən uzaqlaşdırmağı tələb edib.
Bundan əlavə, Aİ-nin Rusiyanı dəstəkləyən sözlərə və Qərb ölkələrini tənqid etməsinə görə siyasətçinin sanksiya siyahısına salınması prosesinə başladığı bildirilir.
Ötən il noyabrın 3-də Vulin ABŞ-ın sanksiyaları təhlükəsi fonunda artıq Serbiya Təhlükəsizlik və İnformasiya Agentliyinin (BİA) rəhbəri vəzifəsindən istefa verib.
O, Vaşinqtonun təzyiqini Birinci Dünya müharibəsi başlamazdan əvvəl Avstriya-Macarıstanın Serbiyaya verdiyi ultimatumla müqayisə edib.