Kremldən Brüsselə mesaj: “Öz aranızda razılaşın, sonra danışaq”

20.11.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O deyib ki, Moskva hər zaman bütün ciddi və konstruktiv məsələlərin müzakirəsinə hazırdır. “Bunu dəfələrlə bəyan etmişik. Ən çətin vəziyyətlərdə belə bu məsələləri danışıqlar masasında həll etməyi təklif etdik. Həmin danışıqlar masasından çəkilən Avropa İttifaqı özü oldu”.
Rusiya XİN-in nümayəndəsi Avropaya çağırış da edib. 

“Qoy məsələləri əvvəlcə öz aralarında həll etsinlər və vahid bir mövqe ortaya qoysunlar: ya çoxluğun mövqeyi, ya da azlığın mövqeyini. Onlar bunu elan edəcək və ondan sonra bu barədə ciddi müzakirə aparacağıq”, - M.Zaxarova söyləyib. 

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью