Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın görüşünün zəruri olduğunu bildirib.
Kremlin təmsilçisi deyib: "Bu görüş sözsüz ki, zəruridir. O, ilk növbədə ikitərəfli Rusiya-Amerika münasibətləri baxımından zəruridir".
Peskov qeyd edib ki, bu görüş yüksək səviyyədə beynəlxalq məsələlərin və regional proseslərin, o cümlədən Ukrayna məsələsinin müzakirəsi baxımından da mühümdür.
Hürr Tərcüman