Kremldən gözlənilməz: Trampı “həllə” çağırdı

13.11.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya ümid edir ki, ABŞ Prezidenti Donald Tramp hələ də Ukrayna münaqişəsinin həllində kömək etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Səmimi qəlbdən ümid edirik ki, Prezident Tramp hələ də Ukrayna probleminin siyasi və diplomatik yolla həllini asanlaşdırmaq istəyir”, - o bildirib.

Peskov qeyd edib ki, Rusiya münaqişənin həllinə doğru daha sürətli irəliləmək istəyir və Amerika tərəfindən buna hazırlıq gözləyir.

Onun sözlərinə görə, Moskva və Vaşinqton ticarət və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar axtarmalıdır:

“Gələcək üçün parlaq perspektivlərimiz var. Amma yenə də vaxtımızı, pulumuzu, qazancımızı boşa xərcləyirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью