Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
“Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı arasında strateji seçimi ilə bağlı suala ən qısa zamanda cavab verməlidir”.
Ölkə.az-ın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomat qeyd edib ki, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya liderlərinin 29 may tarixində Astanada qəbul etdiyi bəyanatda, İrəvanın Aİ ilə yaxınlaşma kursunun Aİİ-yə üzv dövlətlərin iqtisadi təhlükəsizliyi üçün ciddi risklər yaratdığı açıq şəkildə yazılıb: “Sənəddə Aİİ-yə üzv dövlətlərə dəyəcək hər hansı bir zərərin qarşısının alınmasının vacibliyi vurğulanıb. Ona görə də, Nikol Paşinyanın özünün də çağırış etdiyi kimi, İrəvan strateji seçimi ilə bağlı suala cavab verməlidir. Bu mümkün qədər tez olmalıdır”, - o vurğulayıb.
M.Zaxarova bildirib ki, N.Paşinyan Ermənistanın Aİİ üzvlüyü ilə bağlı müzakirələri demaqogiyaya yönəldir.
O hesab edir ki, hazırkı Ermənistan hakimiyyətinin, xüsusən də Baş nazir Nikol Paşinyanın davranışı Avrasiya İqtisadi İttifaqına həqiqi üzvlük sayıla bilməz.
“İrəvanın ittifaq daxilindəki fəaliyyəti sadəcə standartları və qaydaları Aİİ-dən fundamental olaraq fərqli olan və üstəlik, Rusiyaya düşmən siyasət yürüdən Avropa blokuna qoşulmaq naminə yol açmaq üçün müvəqqəti tədbirdir. Belə davranış Aİİ-yə həqiqi üzvlük adlandırıla bilməz, - Rusiya XİN-in rəsmisi deyib.
Mürtəza