Kremldən İrəvanın AB ilə bağlı qərarına Reaksiya

12.02.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistandakı avropapərəst siyasətçilər hesab edirlər ki, Avropa Birliyinə istiqamətlənmə ölkəyə və xalqa dividendlər gətirəcək.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, İrəvanın suveren hüququdur, lakin hər kəs bunun nə dərəcədə qarşılıqlı istək olduğunu başa düşməlidir. Həm ermənilərin özləri, həm də hər kəs bunun nə dərəcədə qarşılıqlı istək olduğunu və avropalıların özlərinin buna necə münasibət bəslədiklərini anlamalı olacaqlar”, - Peskov bildirib.

Qeyd edək ki, bu gün Ermənistan parlamenti “Ermənistanın Avropa Birliyinə daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью