Kremldən İrəvanla münasibətlərlə bağlı AÇIQLAMA

21.03.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Ermənistanı dost ölkə hesab edir və gələcəkdə ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. 

O, Ermənistanın baş naziri Nikol Paşinyanın bütün idarələrinə rusiyalı həmkarları ilə əlaqələri bərpa etmək tapşırığı verdiyi barədə mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib: "Əslində, Rusiya ilə Ermənistan arasında münasibətlər kəsilməyib və kəsilə bilməz. Ermənistan bizim üçün dost ölkədir... Biz Ermənistanın bu qarşılıqlı münasibətindən daha çox razıyıq və ikitərəfli münasibətlərimizin inkişafına hərtərəfli hazırıq". 

Ağarza Elçinoğlu 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью